Sərxoş sürücü piyadanı vurub öldürdü, sonradan ayıq sürücü çağırdı

Yol polisi 27 Yanvar 2019 23:39 Oxunub 6195
Sərxoş sürücü piyadanı vurub öldürdü, sonradan ayıq sürücü çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda baş vermiş qəzanın üstü DYP tərəfindən dərhal açılıb

Bu gün axşam saat 22:00 radələrində, Səbail rayonu, Badamdar qəsəbəsinin girişində ("Qurd qapısı") yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yolu keçən 79 yaşlı Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Səbail rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları hadisə yerindən qaçan sürücünü tapmaq üçün dərhal əməliyyat qrupu yaradıblar. Kameralar vasitəsilə nəqliyyat vasitəsinin hərəkət trayektoriyası izlənib.

Nəticədə 50 yaşlı Xəzər rayon sakini Hüseynov Ələddin Ələddin oğlunun idarə etdiyi 99 RD 120 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil Ziya Bünyadov prospektində hərəkətdə olarkən saxlanılıb. Aparılan araşdırmalar zamanı sükan arxasındakı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. O, qəza törədəndən sonra Yasamal rayonu ərazisində avtomobili saxlayaraq ayıq sürücü çağırıb. Ayıq sürücüyə onu evə aparmasını deyib. Lakin avtomobil kameralar vasitəsilə aşkarlanaraq saxlanılıb. Məlum olub ki, Ələddin Hüseynov məsuliyyətdən yaxa qurtarmaq üçün bu addımı atıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh