“Maserati” 4336 avtomobili geri çağırır

Avtoxəbər 28 Yanvar 2019 07:19 Oxunub 1221
“Maserati” 4336 avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək

İtaliyanın lüks avtomobil istehsalçısı “Maserati” Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş “Quattroporte” və 2013-2015-ci illərdə buraxılan “Ghibli” modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh