Abşeronda avtomobil oğrusu saxlanılıb – FOTO

Qaydalar 28 Yanvar 2019 07:45 Oxunub 1463
Abşeronda avtomobil oğrusu saxlanılıb – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Abşeron rayonu ərazisində avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) bu barədə məlumat daxil olan kimi, dərhal əməliyyat-istintaq qrupu yaradılıb. Məsələ ilə bağlı şəhər təhlükəsizlik kamerasına baxış keçirilib və əməliyyat axtarış tədbirləri zamanı, hadisəni törədənin Elvin Cəbrayılov olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib. E.Cəbrayılov avtomobili qaçırarkən içkili olduğunu bildirib. O, izi itirmək məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanını çıxardaraq atıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh