Qayda pozan taksi sürücüsü cərimələndi: 100 manat, 4 bal - VİDEO

Avtosfer TV 28 Yanvar 2019 15:53 Oxunub 1974
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sizcə bir neçə metr və saniyə qabağa düşmək üçün 100 manat ödəməyə deyərdimi?

Avtosfer.az saytında yanvar ayının 14-də "Protiv" gedən daha bir taksi sürücüsü - VİDEO" başlıqlı yazı dərc edilmişdi. Belə ki, 12 yanvar tarixində 90 PV 285 dövlət qeydiyyat nişanlı "Khazar Samand"  markalı avtobillə taksi işləyən sürücü Moskva prospektində 1.3 xəttinin tələbini pozub tam olaraq əks istiqamətə çıxmışdı. Bu barədə vətəndaş da rəsmi şikayət ünvanlamışdı.

Artıq DYP rəsmiləri tərəfindən cavab məktubu gəlib və sürücünün İXM-nin 327.4 maddəsi ilə 100 manat 4 bal cərimələndiyi bildirilir. Sizcə bir neçə metr və saniyə qabağa düşmək üçün 100 manat ödəməyə deyərdimi? Avtosfer.az olaraq sürücülərə yollarda təhlükəsiz avtomobil idarə etməyi tövsiyə edib görüntüləri bir daha təqdim edirik. 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh