6 tonluq iş maşınını oğurllayıb metolloloma verdilər - VİDEO

Avtosfer TV 28 Yanvar 2019 22:45 Oxunub 1357
6 tonluq iş maşınını oğurllayıb metolloloma verdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət sahibi bu barədə polisə xəbər verib

Türkiyənin Bursa əyalətində 6 tonluq iş maşınını oğurlayaraq, hissələrə ayırıb metolloloma veriblər. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, qazıntı işləri görən şirkət sahibi, iş yerinin avtodayanacağında saxladığı iş maşınının səhəri gün yerində olmadığını görüb. O, bu barədə polisə xəbər verib. Polis əməkdaşları dərhal ərazidə genişmiqyaslı araşdırmalara başlayıb. Təhlükəsizlik kameralarını araşdıran polislər, iş maşınının kranla evakuatora yüklənərək oğurlandığını aşkar ediblər. Əməliyyat nəticəsində maşının metallolomda olduğu məlum olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları 6 tonluq maşını parçalara ayrılmış vəziyyətdə tapıblar.

Araşdırmalar davam etdirilir.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh