"Şinkansen" qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır

Texnologiya 29 Yanvar 2019 23:55 Oxunub 1864
"Şinkansen" qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ilin iyulunda

Yaponiya dəmir yollarının operatoru "JR Tokai" şirkəti bəyan edib ki, gələn il iyulun əvvəllərində, "Tokio-2020" Olimpiya və Paralimpiya oyunları ərəfəsində "Şinkansen" ekspress qatarlarının yeni modelinin istismara verilməsi nəzərdə tutulur. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, "N700S" adlandırılan yeni modelin sınaqlarına ötən il başlanıb.

Yeni ekspresin korpusu hazırda istifadə edilən "Şinkansen"lərin müasirləşdirilmiş variantıdır və onun havaya qarşı müqaviməti aşağı salınıb.

Zəlzələ və ya digər təbii fəlakətin baş verəcəyi və dəmir yoluna elektrik enerjisinin verilişinin kəsiləcəyi təqdirdə, yeni model qatar malik olduğu litium-ion batareyaları ilə hərəkət edəcək. Bu sistem super ekspreslərdə ilk dəfə istifadə olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh