"Pavarotnik" yandırdığı üçün özünü haqlı bilən sürücü - 25-BX-349 - VİDEO

Qaydalar 29 Yanvar 2019 15:26 Oxunub 2152
"Pavarotnik" yandırdığı üçün özünü haqlı bilən sürücü - 25-BX-349 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxadan gələn sürücülərin yolunu kəsir

Sağa və ya sola dönmə edəcəyini bildiyi halda yol ayrıcına bir neçə metr qalmışa qədər ikinci, yaxud üçüncü zolaqda hərəkət edən sürücülər az deyil. Yol ayrıcına çatanda isə sadəcə dönmə işığı yandıraraq, əlini avtomobilin şüşəsindən çıxardaraq digərlərinin qarşısına çıxmaq adət halını alıb. Sanki dönmə işıqlarını yandırmaq sürücüyə əlavə imtiyaz verir.

Oxucularımızdan biri analoji halın yaşandığı videogörüntü təqdim edib. Belə ki, 26.01.2019-cu il tarixində, saat 17:01 radələrində Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yol ayrıcına az qalmış 25 BX 349 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qəfildən dönmə işığı yandırır və zolağı dəyişərək sola dönmək istəyir. Bu zaman arxadan gələn sürücülərin yolunu kəsir. Nəzərə alsaq ki, sözügedən ərazidə işıqforun vaxtı azdır, bu zaman digər sürücülər gözləməli olur.

Maraqlıdır ki, yolu kəsən taksi sürücüsü dönmə işıqlarını yandırdığını əsas gətirərək haqlı olduğunu bildirib. Avtosfer.az görüntüləri təqdim edir:

Rüfət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh