10 dəqiqədə 390 manat və 10 ballıq qayda pozan xanım sürücü - VİDEO

Avtosfer TV 30 Yanvar 2019 10:06 Oxunub 1906
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin stop siqnallarının da işləmir

Paytaxtda qayda pozaraq təhlükə yaradan xanım sürücünün görüntüləri digər avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, yanvarın 29-da paytaxtın Mehdi Hüseyn küçəsində hərəkətdə olan 90-UA-172 qeydiyyat nişanlı, "Hyundai" markalı avtomobilin xanım sürücüsü əks istiqamətə çıxıb təhlükə yaradaraq axına qarşı hərəkət edib.

Bu hərəkətdən sonra o yenidən 1.3 qoşa xəttin tələbini pozdu. Xanım sürücü Teymur Elçin küçəsindən Lermontov küçəsinə dönən zaman yenidən 1.3 qoşa xəttin tələbini pozaraq sola dönür və bu zaman xarici işıq cihazlarından istifadə etmir.


Bundan sonra o, Lermontov küçəsindən sağa, sonra sola İstiqlaliyyət küçəsinə və daha sonra sağa Niyazi küçəsinə dönərkən dönmə işıqlarından yenə istifadə olunmur. Avtomobilin stop siqnallarının da işləmədiyini nəzərə alsaq ümumilikdə 390 manat və 10 ballıq xəta törədir. 

Videonu təqdim edirik:

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh