Sərxoş sərnişin təyyarədə stüardessanı yumruqladı - VİDEO

Avtosfer TV 30 Yanvar 2019 23:59 Oxunub 1606
Sərxoş sərnişin təyyarədə stüardessanı yumruqladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Halı pisləşən qadına ilkin tibbi yadım göstərilib

Təyyarə sərxoş sərnişinə görə təcili eniş edib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindən Antaliyaya uçan Rusiya Hava Yollarına məxsus sərnişin təyyarəsində, sərxoş sərnişin mübahisə etdiyi stüardessanı yumruqlayıb. Ekipaj üzvlərini təhqir edib hədə-qorxu gələn 33 yaşlı Rus sərnişini, əməkdaşlar güclə sakitləşdirib.

Aldığı zərbələrin təsirindən halı pisləşən qadına ilkin tibbi yadım göstərilib.

Dava-dalaş salan sərxoş sərnişini təhlükəsizlik əməkdaşlarına təslim etmək üçün pilot marşrutu dəyişərək Soçi şəhərinə təcili eniş edib.

Sərnişin təslim etdikdən sonra təyyarə yenidən havalanaraq Antalyaya yol düşüb.

Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh