"Məşqə gecikən" daha bir sürücü kameraya düşdü - VİDEO

Avtosfer TV 30 Yanvar 2019 11:42 Oxunub 1507
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaya yol vermir

Sürücünün harasa tələsməsi normaldır. Amma bu tələsmək qaydaları pozmaq imtiyazı vermir. Mütəxəssislər qeyd edir ki, yolda standart sürətlə, onun iki qatı sürmək arasında cəmi bir neçə dəqiqə fərq ola bilir. Bəzən isə bu da olmur. Tələsmək elə sürücünün özünə qalır.

Avtosfer.az-a oxuculardan birinin göndərdiyi videoda analoji hal yaşanır. Belə ki, yanvar ayının 29-u, axşam saat 20:11 radələrində Nobel prospekti ilə hərəkətdə olan 90-HC-644 dövlət nömrə nişanlı avtomobil piyada keçidi olan yerdən sürətlə keçir. Piyadaya yol vermir. Hətta onun üçün təhlükə də yaradır.

Amma nə qədər sürətlə getsə də yenə ünvana digərləri ilə birlikdə çatacaq. Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh