Bu alman şirkəti dünyanın “ən nəhəngi” oldu

Avtoxəbər 30 Yanvar 2019 23:14 Oxunub 1236
Bu alman şirkəti dünyanın “ən nəhəngi” oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonrakı yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb

Almaniyanın “Volksvagen” avtokonserni 2018-ci ildə dünyanın ən böyük avtomobil istehsalçısı olub. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, “Volksvagen” artıq 3-cü ildir ard-arda birinci yeri tutur.

Alman şirkətindən sonrakı yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb. Yapon şirkəti keçən il istehsal etdiyi avtomobillərin sayını 2% artıraraq 10,6 milyon ədədə çatdırıb.

Qeyd edək ki, “Volksvagen” keçən il ərzində 10,8 milyon ədəd avtomobil istehsal edib. Alman avtokonserni öz tərkibində “Audi”, “Bentley”,”Buqatti”, “Lamborcini”, “Porşe”, SEAT, “Şkoda” kimi avtomobil markaları, “Ducati” motosikletləri, MAN, “Scania” və “Volksvagen Kommersial” yük maşın markalarını cəmləşdirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh