Televizoru maşına yerləşdirə bilmədilər, evə geri qaytardılar - VİDEO

Avtosfer TV 30 Yanvar 2019 22:55 Oxunub 1151
Televizoru maşına yerləşdirə bilmədilər, evə geri qaytardılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis onların tutulması istiqamətində işlər aparıldığını bildirib

Oğurladıqları televizoru avtomobillə yerləşdirə bilməyən soyğunçular, onu evə geri qaytarıblar.

Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, maraqlı hadisə ABŞ-ın Texas ştatında baş verib.

Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan videoda, evin qarşısında əvvəlcə bir avtomobilin dayandığını və sonra da içindən iki nəfərin düşdüyü görülür. Müxtəlif növ əşyaları maşına daşıyan oğrular, böyük ekranlı televizoru da avtomobilə aparmağa çalışırlar.

Televizoru maşına yerləşdirə bilməyən soyğunçular, onu geri qaytararaq hadisə yerini tərk edirlər.

Ev sahibinin şikayəti ilə hadisə yerinə polis əməkdaşları gəlib.

Polis açıqlamasında, oğurluq olan avtomobilin tərk edilmiş vəziyyətdə tapıldığını, soyğunçuların isə hələ yaxalanmadığını və onların tutulması istiqamətində işlər aparıldığını bildirib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh