Bank qarətçisini tutan polis cərimələndi - Sürət həddini keçdiyi üçün

Maraqlı 31 Yanvar 2019 10:35 Oxunub 1353
Bank qarətçisini tutan polis cərimələndi - Sürət həddini keçdiyi üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma şübhəli şəxs heç kimə ziyan vermirdi

İsveçrədə polis bank qarətçisini təqib edərkən cərimələnib.

O sürət həddini keçməkdə günahlandırılır. Qeyd olunur ki, təqib zamanı polis iki dəfə qaydanı pozub. Birində 30 km/s, ikinci dəfə isə 42 km/s həddi keçib.

Tədqiqatçı birinci qanun pozuntusunu məqbul sayıb. Amma ikinci halda isə bunu etməməli idi. Ona görə də polis 600 frank (528 avro) cərimələnib. Cərimədən narazı olan polis məhkəməyə müraciət edib. Amma Federal Ali Məhkəmə qərarı qüvvədə saxlayıb. Hakimin əsaslandırmasında deyilir ki, əgər kiminsə həyatına bir təhlükə olarsa sürət həddini keçmək olar. Amma şübhəli şəxs heç kimə ziyan vermirdi. Bu səbəbdən o, ətrafa təhlükə yaratmayan sürət həddini seçməliydi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh