Gənc traktorun təkərinin altında qaldı - VİDEO

Avtosfer TV 31 Yanvar 2019 22:59 Oxunub 1177
Gənc traktorun təkərinin altında qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb

Əkin sahəsində əylənən 19 yaşlı gənc traktorun təkəri altında qalaraq ölüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa vilayətində baş verib.

Hadisəni isə bir şəxs tərəfində mobil telefonla çəkilib.

Videoda, əyləncə məqsədi ilə hərəkət edən traktorun kotanları üstünə oturan gənc, bir müddət sonra sürücü kreslosuna keçmək istədiyi görülür. 19 yaşlı oğlan müvazinətini itirərək təkərin altına yıxılır və traktor onun üzərindən keçir.

Təkərin altında qalaraq xəsarət alan gənc, çağırılan təcili tibbi yardım maşını ilə Şanlıurfa Dövlət

Xəstəxanasına aparılıb. Gənc oğlan aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Avtosfer.az DHA-ya həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh