"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub

Avtoxəbər 31 Yanvar 2019 22:34 Oxunub 1139
"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məbləğ hər bir səhm üçün, təqribən, 5,72 dollar itki deməkdir

ABŞ-ın avtomobil istehsalçısı olan "Tesla" şirkətinin 2018-ci ildəki zərəri, təxminən, 976 milyon dollar təşkil edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan hesabatda bildirilib. Bu məbləğ hər bir səhm üçün, təqribən, 5,72 dollar itki deməkdir.

Bu, ötən illə müqayisədə milyard dollar azdır. Beləliklə, şirkət 2017-ci ilə nisbətdə xalis zərərini 50% azaldıb.

İl üzrə gəlir 21,5 milyard dollar təşkil edib ki, bu da keçən illə müqayisədə 82 faiz artım deməkdir.

2019-cu ildə "Tesla" 2018-ci ildə yüksək tələbat olan "Model S" və "Model X" satışlarını azaltmağı planlaşdırır. Şirkət izah edir ki, bu tələbat gözlənilən də çox olduğundan artıq onun bir qədər azalacağını gözləmək lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh