Dəhşətli piyada qəzası: 16 yaşlı oğlanı maşınla vurub qaçdı - VİDEO

Avtosfer TV 31 Yanvar 2019 11:46 Oxunub 1227
Dəhşətli piyada qəzası: 16 yaşlı oğlanı maşınla vurub qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxasına baxmadan qaçan sürücü polislər tərəfindən yaxalanıb

Çörək almağa gedən 16 yaşlı oğlanı maşın vurub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Belə ki, sürücülük vəsiqəsi olmayan və sərxoş olan sürücü, avtomobili ilə dar küçədə sürətlə hərəkət edərək çörək almaq üçün qarşı tərəfə keçən 16 yaşlı oğlanı vurub.

Qəzanın gücündən gənc oğlan havada bir neçə dəfə fırlanaraq park edilmiş taksiyə çırpılıb və yerə düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya aparılan oğlanın həyatı təhlükəsinin olmadığı bildirilib.

Arxasına baxmadan qaçan sürücü polislər tərəfindən yaxalanıb.

Avtosfer.az İHA-ya istinadən dəhşətli qəzanın videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Bunyatov 31 Yanvar 2019 12:20
Suruculuk vesiqesinin vaxti cixdiqda DYP NE QEDER CERIME EDIR.