İşlənmiş avtomobil ehtiyat hissələrini almaq məsləhətdirmi?

Avtoxəbər 31 Yanvar 2019 20:45 Oxunub 1420
İşlənmiş avtomobil ehtiyat hissələrini almaq məsləhətdirmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ona görə də buna, hətta ordakı satıcılar belə zəmanət vermir”

Ölkəmizdə maşın bazarındakı ehtiyat hissələrinin qiyməti heç də ucuz deyil. Təbii ki, bu da sürücüləri narahat edən əsas məsələlərdən biridir. Çünki avtomobili aldığın kimi saxlamaq, ona baxmaq, qulluq etmək mütləqdir. Belə olan halda sürücülər ikinci əl kimi satılan, yəni işlənmiş ehtiyat hissələrini almağa məcbur olurlar. Bəs işlənmiş avtomobil ehtiyat hissələri alarkən nələrə diqqət etmək lazımdır? Ümumiyyətlə, bu hissələri almaq məsləhətlidirmi?

Avtosfer.az xəbər verir ki, “Gomas avto” Monza servisinin mütəxəssisi azadinform-a bildirib ki, bəzən işlənmiş ehtiyat hissələrinin alınmasına təəccüb edir: “Düzdür, ehtiyat hissələri bazarında anlaşılmazlıq var. Yəni bu, o deməkdir ki, ehtiyat hissələri arasında keyfiyyətsiz olanları da var. Bəzi hissələr var ki, orijinal deyilsə də, “işlənmiş orijinal” olur. Ümumiyyətlə, çalışmaq lazımdır ki, işlənmiş ehtiyat hissləri alınmasın. Çünki ehtiyat hissələrinin müəyyən bir müddəti olur. Bu müddət bəlkə çoxdan bitib, ya bitməsinə 1 ay, yaxud da 3 gün qalıb. Ona görə də buna, hətta ordakı satıcılar belə zəmanət vermir. Sadəcə olaraq “apar, qoy üstünə işlət. İşlədisə sənindir, işləməsə gətir qaytar”, - deyirlər. İtirən əlbəttə ki, sürücülər olur. Hər dəfə o ehtiyat hissəsini açıb-bağladıqda, dəyişib yenilədikdə usta öz zəhmət haqqını alır”.

Mütəxəssis əlavə edib ki, bizdə də belə hallar olur: “5 hissə gətirirlər, baxırsan ki, heç biri uyğun gəlmir. Məsələn, yayda daha çox kondisioner ehtiyat hissələrini gətirirlər, çünki bu hissələr daha baha olur. Mən bu halları məsləhət görmürəm, tövsiyə də etmirəm. İkinci əl ehtiyat hissələrinin alınmasına da razı deyiləm. Bu hissələr avtomobilin qapısı, qanadı, arxa buferi ola bilər, amma qalan elektron, mühərrik, alt hissədə olan hissələri təhlükəsizlik baxımından xüsusi ilə təhlükə törədə biləcək hissələr var ki, bunların təzəsini almaq daha yaxşıdır, nəinki ikinci əl kimi ehtiyat hissəsi alıb avtomobilin üzərinə qoymaq. Çünki burada itirən yenə sürücünün, yəni alıcının özüdür. Çünki o hissələrin ömrünün nə qədər qaldığını, həmçinin işləyib-işləmədiyini onu satan satıcı belə bilmir. Sadəcə olaraq öz malını bir növ yoxlatdırır. Aparırsan maşının üstünə qoyursan işləyib-işləməməyi haqqında məlumat verirsən, əgər işləməsə qaytarıb gətirirsən ki, işləmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh