Avtobus sürücüsü 4 yerindən bıçaqlanıb - VİDEO

Avtosfer TV 1 Fevral 2019 23:59 Oxunub 4202
Avtobus sürücüsü 4 yerindən bıçaqlanıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətmiş şəxsin yaxalanması üçün əməliyyat tədbirlərinə başlanılıb

Şəhər daxili sərnişin daşınması ilə məşğul olan avtobus sürücüsü sərnişin tərəfindən bıçaqlanıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın vilayətində baş verib.

Polis tərəfindən şəxsiyyəti müəyyən edilən və müxtəlif cinayyətlərdən həbs olunduğu bilinən şəxs, təhlükəsizlik kamerası qeydlərinə əvvəlcə sükan arxasında olan sürücü ilə mübahisə etdiyi görülür. Sonra isə sürücü avtobusu saxlayaraq onunla mübahisə edən şəxsi aşağı düşürmək istəyir. Amma buna nail ola bilmir. Bir müddət avtobusun içərisində davam edən dava, sərnişinin uzərində gəzdirdiyi bıçaqla sona çatıb. Sərnişin çıxardığı bıçaqla sürücünü 4 yerindən bıçalayaraq oradan uzaqlaşıb.

Ətrafdakı vətəndaşların köməkliyi ilə sürücü xəstəxanaya aparılıb.

Sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir.

Cinayət törətmiş şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh