Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir

Avtoxəbər 1 Fevral 2019 23:22 Oxunub 1481
Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərə 132 at gücündə 1.6 l atmosfer mühərrik quraşdırılacaq

Türkiyədəki "Toyota" zavodunda Avropa və Rusiya bazarları üçün "Toyota Corolla" sedanlarının yığımına başlanılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, konveyerin işə salınması mərasimində "Toyota Motor Europe"in menecerləri, yerli məmurlar və Türkiyənin vitse-prezidenti Fuad Oqtay iştirak ediblər. Rusiya və Avropa ölkələri üçün modifikasiyalar ön hissənin dizaynı ilə universallar və hetçbeklərdən fərqlənəcək. Həmçinin istehsal xəttində 115 at gücü ilə 1.2 l turbomühərrikli avtomobillər olmayacaq. Bunun əvəzinə 132 at gücündə 1.6 l atmosfer mühərrik quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh