437 məktəbdə tətil elan olundu: dron və kiçik təyyarələrdən istifadə edilir - VİDEO

Avtosfer TV 1 Fevral 2019 22:55 Oxunub 1171
437 məktəbdə tətil elan olundu: dron və kiçik təyyarələrdən istifadə edilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qubernator 50 bölgədə işlərin aparıldığını bildirib

Taylandın paytaxtı Banqkok şəhərində havada toz miqdarının yüksək olması səbəbində 437 məktəbdə tətil elan edilib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, havada müşahidə edilən toz miqdarını azaltmağa çalışan Banqkok rəhbərliyi dron və kiçik təyyarələrdən istifadə edərək göydən su səpməyə başlayıb.

Banqkok qubernatoru 50 bölgədə işlərin aparıldığını bildirib. Tayland Təhsil Nazirliyi, havanın çirklənmə səviyyəsinin təhlükəli həddə çatması səbəbi ilə Banqkok və ətrafda olan 437 məktəb bazar ertəsi gününə qədər bağlı qalacağını açıqlayıb.

Çirklənmə Nəzarət İdarəsi isə havada olan 2.5 mikrondan kiçik təhlükəli hissəciklərin miqdarının artdığını bildirib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh