Bakıda nömrə oğurlayan şəxs kameraların köməyi ilə TUTULDU

Avtoxəbər 3 Fevral 2019 00:40 Oxunub 3098
Bakıda nömrə oğurlayan şəxs kameraların köməyi ilə TUTULDU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəllər məhkum olunmuş S.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb

Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 
Araşdırma aparılır. 
 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh