Qızıl alverçisinin apellyasiya şikayəti təmin edilməyib

Avtoxəbər 3 Fevral 2019 09:29 Oxunub 992
Qızıl alverçisinin apellyasiya şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Fərzəliyevanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus "Laçın" Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb. Məhkəmə dövründə M.Fərzəliyeva barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

M.Fərzəliyeva Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. M.Fərzəliyeva barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh