Yeniyetmə “Jeep”lə dəhşətli yol qəzası törətdi - FOTO + VİDEO

Avtosfer TV 3 Fevral 2019 20:24 Oxunub 1682
Yeniyetmə “Jeep”lə dəhşətli yol qəzası törətdi - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanan avtomobildən son anda qurtarılıb

ABŞ-ın Dublin vilayətinin Nyu Hempşir şəhərində 18 yaşlı yeniyetmə dəhşətli yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, yalnız 1 gediş və gəlişi olan dar yolda, “Jeep” markalı avtomobili ilə ötmə əməliyyatını yerinə yetirmək istəyən sürücü, qarşıdan gələn yük maşını ilə toqquşub. Toqquşmanın şiddətindən avtomobil yanmağa başlayıb. Arxadan gələn digər maşın isə yanan avtomobilə çırpılıb. Yeniyetmə qəza nəticəsində yanan avtomobildən, hadisənin görüntülərini qeydə alan maşının sürücüsü və sərnişini tərəfindən çıxarılaraq xəstəxanaya aparılıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan sürücünün vəziyyətinin normal olduğu bildirilir.

Avtosfer.az FOXNEWS-a istinadən həmin görüntüləri təqdim edir:

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh