"Nissan"ın baş icraçı direktoru "Renault"un sədri ilə görüşmək niyyətindədir

Maraqlı 3 Fevral 2019 22:29 Oxunub 1181
"Nissan"ın baş icraçı direktoru "Renault"un sədri ilə görüşmək niyyətindədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç şirkətdə tutduğu postlardan azad edilib

"Nissan" şirkətinin baş icraçı direktoru Hiroto Saikava "Renault" şirkətinin sədri Jen Dominik Senardla Niderlandda ilk dəfə üzbəüz görüş keçirmək niyyətindədir.

Avtosfer.Az insider.az-a istinadən bildirir ki, bu barədə Saikava jurnalistlərə açıqlama verib.

"Mən Senardla görüşmək üçün bütün imkanlarımdan istifadə etmək istəyirəm"-deyə, o vurğulayıb.

Qeyd edək ki, "Renault", "Nissan" və "Mitsubishi" alyansının ənənəvi görüşündə sədr kimi Karlos Qonu Senard əvəz edəcək.

Qon Yaponiyada maliyyə pozuntularına görə ittiham edilərək həbs edilib və hər üç şirkətdə tutduğu postlardan azad edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh