Ateistlərin Afrika dərdlərinə dərman

Maraqlı 3 Fevral 2019 23:33 Oxunub 1145
Ateistlərin Afrika dərdlərinə dərman
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ironik tərzdə çəkilmiş film Afrikanın indiki taleyinə səbəb olanları tamamilə açıqlayır

2011-ci il. Hələ Ərəb Baharı başlamamışdı. Hələ Avropa miqrant dalğası ilə qarşı-qarşı deyildir, onda Afrika haqqında alman dilində bir cizgi fimi yayımlandı. Bu ironik tərzdə çəkilmiş film Afrikanın indiki taleyinə səbəb olanları tamamilə açıqlayır.

 

Avtosfer.Az islaminsesi.info-ya istinadən bildirir ki, Afrikada baş verən haqsızlıq və zülm üçün Allahı ittiham edən ateistlərə isə tarix kitablarını vərəqləməyi tövsiyyə edirik.

 

Bildiyimiz kimi dünya tarixinin ən əhəmiyyətli zamanlarından biri də müstəmləkəçilik müharibələrinin başlanmasıdır. Afrikada bu işi ilk dəfə olaraq Fransa başladı. 1624-cü ildə Seneqal sahillərində bazalar tikməyə başladılar. Artıq XX əsrin əvvəllərində Britaniyadan sonra ən böyük torpaqlara malik olan Fransanın bu qədər böyüməsinə və inkişaf etməsinə səbəb Afrika idi.

 

Birinci dünya müharibəsi başlayana qədər Fransanın Afrikadakı torpaqları 10 milyon kvadratmetri keçmişdi. Lakin tarixin bu hadisələrini hər kəs bilir. XX əsr boyunca Afrikanın necə mədəni müstəmləkəçiliyə sürüklənməsi və ona öz iqtisadiyyatını qurmaqda maneçilik törədilməsi azacıq araşdırmaq istəyən hər kəsə məlum olar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 1991-ci ildə Əlcəzairdə seçicilərin  80% səsini alan FİS-ə qarşı çevriliş edən Fransa vətəndaş müharibəsinə səbəb olmuşdu. Başlayan bu müharibədə 150000 nəfər əlcəzairli öldürülmüşdü.

 

Bəlkə də dünyanın Afrika qədər təbii sərvətlərlə zəngin ikinci bir materiki çətin tapılar. Dünyanın ən çox almaz və qızıl yataqları, neft mənbələri bu qədər çox ikən niyə bu materik bu qədər zülm içindədir?

 

Çünki onların inkişaf etməsi  üçün Qərbin də bunu istəməsi lazımdır. Sizə təqdim edəcəyimiz  "Liebe African"  qısa filmi isə Qərbin mövqeyini tamamilə açıqlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh