Bakının bu küçələrinə girmək mümkün deyil - VİDEO

Xəbərlər 3 Mart 2015 13:11 Oxunub 1485
Bakının bu küçələrinə girmək mümkün deyil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi rayon Biləcəri qəsəbəsində biabırçı vəziyyət

Binəqədi rayon Biləcəri qəsəbəsində iki küçəyə giriş mümkün deyil. Avtosfer.az xəbər verir ki, sakinlərin anspress-ə verdiyi məlumata görə, buna səbəb küçələrin yağış sularının basmasıdır. Kanalizasiyalar da tutulduğuna görə su küçəyə daşır. Sakinlərin sözlərinə görə bu vəziyyət avtomobillərin hərəkətinə də mane olur və tıxaclar yaranır.

Onu da qeyd edək ki, belə hallar yağışlı havalarda bu ərazidə tez- tez baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yağış sabahdan etibarən səngiyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh