Yol polisi əməkdaşlarına “Pikap” çırpıldı: 4 yaralı var - VİDEO

Avtosfer TV 4 Fevral 2019 22:59 Oxunub 1141
Yol polisi əməkdaşlarına “Pikap” çırpıldı: 4 yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza anı avtomobilin təhlükəsizlik kamerasına düşüb

Sosial şəbəkədə yağışlı havada xidmət aparan yol polisi əməkdaşlarını vuran “Pikap”ın görüntüləri yer alıb. Qəza anı park edilmiş avtomobilin təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib. Yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxan avtomobil yol kənarına düşüb. Hadisə yerinə polis və xilasetmə əməkdaşları gəlib. Polis müəyyən araşdırma apardıqdan sonra maşını yol kənarından çıxarmaq üçün hadisə yerinə evakuator çağırıb.

Bu anda hərəkətdə olan qara rəngli "pikap" sürücünün idarəetməsindən çıxaraq əvvəlcə polis əməkdaşlarına, sonra xidməti maşına çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Polis araşdırmalara başlayıb.

Avtosfer.az həmin qəzanın videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh