Rusiyanın yeni hərbi dronunun görüntüsü yayıldı - FOTO

Texnologiya 4 Fevral 2019 22:46 Oxunub 1402
Rusiyanın yeni hərbi dronunun görüntüsü yayıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparat çoxfunksiyalı radiolokasiya stansiyası ilə təchiz olunub

Rusiyanın ağır zərbəçi “Oxotnik” pilotsuz uçan aparatı aktiv fazalı anten şəbəkəli müasir çoxfunksiyalı radiolokasiya stansiyası ilə təchiz olunub.  Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Rossiyskaya Qazeta”nın hərbi ekspertləri PUA-nın “Twitter”də yayılan fotoşəklini təhlil etdikdən sonra belə bir nəticəyə gəlib. Yanvar ayında “Oxotnik”in ilk fotoşəkli dərc olunub. 2018-ci ilin dekabr ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivorçuk “Oxotnik”in ilk uçuşunun 2019-cu ilin yaz aylarına planlaşdırıldığını bildirib. 

Noyabr ayında isə (2018) PUA Novosibirsk aviasiya zavodunun uçuş-eniş zolağında ilk yürüşü təşkil olunub  və sınaqda “Oxotnik” 200 km/saata qədər sürət yığıb.

Hərbi dron Rusiyanın altıncı nəsil qırıcısının prototipi hesab olunur. Şəkli yayılana qədər ABŞ-da “Oxotnik” PUA-nın bir “uydurma” olduğu iddia olunurdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh