Pandusa dırmaşan sürücü cəzalandırıldı - VİDEO
Qaydalar 4 Fevral 2019 15:08 1110 dəfə oxunub
Pandusa dırmaşan sürücü cəzalandırıldı - VİDEO
Sürücü inzibati məsuliyyətə cəlb edilib

Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü haqqında protokol tərtib edilib. Bunu  açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hadisə barədə məlumat məruzə olunan kimi dərhal reaksiya verilib və şəxs barədə tədbir görülüb: “Şəmsi Bədəlbəyli-Süleyman Rüstəm küçələrinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada zolağında 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Vüqar Oqtay oğlunun yol hərəkəti qaydasını pozduğu aşkar edildi. Sürücü inzibati məsuliyyətə cəlb edildi”.

Vaqif Əsədov həmçinin sürücülərə müraciət edərək bildirib ki, ərazidə dayanma-durma və parklanma yerinə yetirən zaman diqqətli olmaq lazımdır.

Qeyd edək ki, fevralın 1-də 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin piyada keçidinin üzərində parklandığı barədə məlumat yayılmışdı. Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olurdu. (oxu.az)

 

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh