Marsda tabuta bənzər obyekt tapıldı - FOTO

Maraqlı 4 Fevral 2019 21:25 Oxunub 1266
Marsda tabuta bənzər obyekt tapıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Obyekt həqiqətən də tabut olmasa da, qutuya oxşayır

Ufoloq Skott Uorinq Marskda çəkilən fotoları incələyəndə maraqlı kəşfə imza atıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Uorinq qapağı olan daş tabuta bənzər obyekt aşkar edib. Foto “Mars Sol 513” kamerası tərəfindən 2014-cü ilin 15 yanvar tarixində lentə alınıb. Obyekt həqiqətən də tabut olmasa da, qutuya oxşayır. Onun içi hazırda qumla doludur. Qapağı isə yanındadır. Bu tip daşlar Marsda əvvəllər kəşf edilməyib. Bu əgər tabut və qutu deyil və təbii daşdırsa, yenə də çox maraqlıdır.

Uorinq ehtimal edir ki, bu həqiqətən də daş tabutun qalıqlarıdır. Eyni tabutları arxeoloqlar Misirdə də tapırlar. Alimin fikrinə əsasən, bu sərdabə soyğunçuluq zamanı talan edilib. İçində isə yadplanetlinin meyiti olub. Oğrular meyiti özləri ilə aparıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh