Bakı sakinlərinə xəbərdarlıq olundu - “Formula 1”ə hazırlıq başlandı

Yarışma 5 Fevral 2019 17:00 Oxunub 1885
Bakı sakinlərinə xəbərdarlıq olundu - “Formula 1”ə hazırlıq başlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran Prisi 26–28 apreldə keçiriləcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur: “Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26–28 apreldə keçiriləcək.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh