Səmada ürəyi getdi - VİDEO

Maraqlı 3 Mart 2015 16:09 Oxunub 1714
Səmada ürəyi getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təlimçi onu parça-parça olmaqdan xilas edib

3600 metr hündürlükdə paraşütçünün ürəyi getdi. Ölümlə üz-üzə qalan gənc möcüzə nəticəsində sağ qaldı. İzləyənləri dəhşətə gətirən bu görüntülər Avstraliyanın qərbində, Pincarra bölgəsində lentə alınıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 22 yaşlı Kristofer Couns  təlimçisi Şeldon Makfarlinlə birgə 4 min metrə yaxın hündürlükdən aşağı tullanır.  Amma bir neçə saniyə içərisində onu bürüyən həyəcana təslim olan  22 yaşlı gəncin ürəyi gedir. Xoşbəxtlikdən təcrübəli paraşütçü Şeldon Makfarlin  onun huşsuz olduğunu vaxtında anlayıb. Kortabii şəkildə yerə istiqamətlənən Kristoferə yaxınlaşan təlimçi, tələb olunan hündürlükdə onun paraşütünü açmaqla gənci yerə düşüb, parça-parça olmaqdan xilas edib.

Tükürpədici olaydan sonra məlum olub ki, sən demə, epilepsiyadan əziyyət çəkən Kristoferə bu cür adrenalin yaşamaq olmazmış. Di gəl ki, vəziyyətin bu həddə çatacağını ağlına gətirməyən həkimi,  Kristoferə onun xəstəliyinin nəzarət altında olduğunu, paraşütlə tullana biləcəyini bildirib. Kristofer isə o anları heç cür xatırlamır.

Bütün dünyanın rəğbətini qazanan təlimçi isə özünü qəhrəman kimi görmür. Deyir ki, onun işi  yeri gələndə həm də insanları xilas etməkdir.

Qeyd edək ki, paraşütçünün ürəyinin getdiyi anlar təlimçinin dəqilqəsindəki kameradan anbaan görüntülənib. Həmin görüntülər internetdə düşdükündən qısa müddət sonra bütün dünya miqyasında geniş izləyici kütləsi toplayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh