"Protiv" sürən "AA" seriyalı avtomobilin sürücüsü cərimələndi - VİDEO

Avtosfer TV 6 Fevral 2019 12:32 Oxunub 2299
"Protiv" sürən "AA" seriyalı avtomobilin sürücüsü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərkəzi Seçki Komissiyasına məxsus avtomobil olub

Yanvarın 22-də Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət etmişdi.  Digər sürücülər işıqforda gözlədiyi halda sözügedən avtomobil əks yola çıxaraq hərəkətini davam etdirirdi.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına məxsus olan bu avtomobil “protiv” sürməyə adət edibmiş. Belə ki, ötən ilin may ayının 18-də də eyni yerdə sözügedən avtomobilin sürücüsü qarşı yola çıxaraq hərəkətdə olub. Bu barədə Avtosfer.az məlumat da yaymışdı.

Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.

Amma vətəndaşın şikayəti əsasında artıq sürücü barədə inzibati qaydada protokol tərtib edilib və o, cərimələnib. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib olunub. 

Kənan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh