Fransada atılmış avtomobillər kolleksiyası tapıldı: "Lamborghini", "Porsche"... - FOTO + VİDEO

Avtobazar 6 Fevral 2019 23:46 Oxunub 2336
Fransada atılmış avtomobillər kolleksiyası tapıldı: "Lamborghini", "Porsche"... - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 20-də bütün maşınlar hərraca çıxarılıb

Fransada 81 ədəd atılmış avtomobildən ibarət kolleksiya aşkar edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, kolleksiyaya "Lamborghini Miura P400" və "Jaguar E-Type" kimi nadir və bahalı idman avtomobilləri də daxildir.

Kolleksiyadakı avtomobillərin əksəriyyəti 1960-70-ci illərdə buraxılıb. Bununla belə, 1905-ci il Fransa istehsallı "Rolland-Pilain" markalı kabrioletə də rast gəlmək olar.

1968-ci il istehsallı "Lamborghini Miura P400" V12 3.9l orijinal mühərrikini saxlayıb, yürüşü isə 77 886 km-dir. İdman avtomobilinə 400-600 min avro qiymət qoymaq planlaşdırılır.

"Jaguar E-Type" kupesi isə yaxşı vəziyyətdə olmadığı üçün 10 dəfə ucuz olacaq.

Digər avtomobillərə misal olaraq nadir "Porsche 356" (1953-cü il), 1981-ci il istehsallı "Korvet", "Lancia Flaminia" və "Lincoln Continental", həmçinin adi "Citroën" (1930) furqonu və "Audi", "Volkswagen", "Peugeot", "Oldsmobile", "Alfa Romeo", "Renault", "Chrysler" və "Cadillac" kimi markaları göstərmək olar.

Yanvarın 20-də bütün maşınlar hərraca çıxarılıb. Hərracda kolleksiya ərazisində tapılan ehtiyat hissələri, o cümlədən mühərriklər, ötürücülər qutusu və təkərlər də təklif olunub.

.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh