Nadir yarış "Ferrari"si 4,3 milyon avroya satılıb

Avtobazar 7 Fevral 2019 10:38 Oxunub 1267
Nadir yarış "Ferrari"si 4,3 milyon avroya satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Supermaşın 1995 və 1996-cı illərdə məşhur "Le-Manın 24 saatı" yarışında iştirak edib

1987-ci il istehsalı olan "Ferrari F40 LM" markalı nadir yarış superavtomobili Parisin "Sotheby’s" hərracında 4,3 milyona satılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, çərşənbə günü axşam baş tutan hərraca təqribən 90 lot çıxarılıb. Onların arasında müxtəlif illərdə istehsal edilmiş "Ferrari", "Porsche", BMW, "Bugatti" markalı avtomobillər olub. Dörd milyon avrodan baha satılmış göy rəngli yarış "Ferrari"si "Michelotto" şirkəti tərəfindən yığılmış 19 avtomobildən biri olub. Supermaşın 1995 və 1996-cı illərdə məşhur "Le-Manın 24 saatı" yarışında iştirak edib, 1995-ci ildə "Anderstorp 4 Hours" yarışında qalib gəlib. Onun hesabında "Global GT Series"də iştirak da var. Çərşənbə günü keçirilən hərraclarda satılmış daha bahalı lotlar arasında 1966-cı il istehsallı "Ferrari 275 Gtb/6 C" (2,85 milyon avro) və "Porsche 550 RS Spyder" (2,7 milyon avro) avtomobilləri də var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh