Azərbaycanlı yol polisinin Moldovada amansız döyüşü - FOTO - VİDEO
Yol polisi 7 Fevral 2019 14:41 3717 dəfə oxunub
Azərbaycanlı yol polisinin Moldovada amansız döyüşü - FOTO - VİDEO
Tural Bayramov qalib gələrək dünya kəmərini qoruyub

Sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Tural Bayramovun “K1” üzrə keçirdiyi ağır döyüşlərdən birinin videosu yayılıb. Avtosfer.az xəbər verir ki, həmin döyüş 2015-ci ildə Moldovada baş tutub. Yüksək peşəkarlıq nümayiş etdirən Tural Bayramov Dünya kəməri uğrunda mübarizə aparıb və kəmərin müdafiəsini tam qələbə ilə təmin edib.

Moldovalı idmançı Segey Murariyə qalib gələn Tural Bayramov daha sonra Moldovanın həmin vaxtki prezidenti Vladimir Varoninlə görüşüb. Belə ki, yüksək texnika ilə döyüşən Tural Bayramovun döyüş üsulu Varoninin çox xoşuna gəlib və o idmançımızla görüşərək ona öz təşəkkürünü bildirərək təbrik edib.

Qeyd edək ki, Tural Bayramov hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alayının əməkdaşdır. “K1” üzrə bir çox beynəlxalq və yerli əhəmiyyətli yarışların, dünya çempionatının qalibi olub.

 

Orxan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh