Qəzada ölən azərbaycanlı müğənninin görüntüləri yayıldı - VİDEO

Avtosfer TV 7 Fevral 2019 14:52 Oxunub 1368
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb

Bu gün yol qəzasında dünyasını dəyişən azərbaycanlı müğənni Mehriban Mustafayevanın görüntüləri yayılıb. Kadrlar onun bir müddət əvvəl qonaq olduğu ARB Şəki telekanalındakı verilişlərdən birində çəkilib.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh