Mühəndislər vakuumlu qatarlar üçün tunel yaradırlar

Texnologiya 7 Fevral 2019 22:11 Oxunub 1401
Mühəndislər vakuumlu qatarlar üçün tunel yaradırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk qatarların xəttə buraxılması 2023-2024-cü illərdə gözlənilir

Əsası 2016-cı ilin noyabrında qoyulan “Zeleros” şirkəti 2024-cü ildən fəaliyyətə başlaya biləcək gələcəyin qatarları üçün dünyada ən uzun eksperimental tunel yaratmağı planlaşdırırlar.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, tanınmış sahibkar İlon Maskın təşkil etdiyi beynəlxalq müsabiqədə Valensiya Politexnik Universitetinin mühəndislik fakültəsi tələbələrinin qələbəsi üç dost üçün start nöqtəsi olub. Nəticədə vakuumlu tuneldə maqnit levitasiya sistemi vasitəsilə hərəkət edən “Hyperloop” vakuumlu qatarının layihəsini hazırlayan rəqabətədavamlı şirkət yaranıb.

Beynəlxalq müsabiqədə qələbə onları öz layihələrini İspaniya və digər ölkələrdə həyata keçirməyin mümkünlüyünə inandırıb. Beləliklə, Valensiyada gələcəyin vakuumlu qatarlarının hazırlanması ilə məşğul olan dünyanın altı şirkətindən biri - “Zeleros” yaradıldı. “Zeleros” elektromaqnitin təsirinin gücü ilə idarə olunan Çin və Yaponiya qatarlarının alternativinin yaradılması üzərində çalışır. Valensiyadan olan gənc mühəndislər bütün maqnit sistemini qatarın daxilinə birləşdirərək, onun sadələşdirilməsi üsulunu tapıblar.

Tələbələrin sözlərinə görə, bu, hər kilometr üçün xərcləri minimuma endirməyə şərait yaradacaq və nəqliyyat xidmətini iqtisadi cəhətdən hamı üçün əlçatan edəcək. Valensiya şirkətinin işləyib hazırladığı texnologiyaların tətbiqi vasitəsilə vakuumlu qatarların sürəti təyyarələrdə olduğu kimi, yalnız atmosferə karbon qazı atılmadan saatda təxminən 1000 kilometrə çata bilər.

İlk qatarların xəttə buraxılması 2023-2024-cü illərdə gözlənilir. Qatarlar əvvəlcə fəaliyyətə yüklərin daşınması ilə başlayacaq, daha sonra sərnişinlərə xidmət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh