Naz Mila erotik klipdə Azərbaycan polisinə həqarət etdi - VİDEO
Yol polisi 8 Fevral 2019 12:48 9341 dəfə oxunub
Naz Mila erotik klipdə Azərbaycan polisinə həqarət etdi - VİDEO
Bu asayiş keşikçilərinə hörmətsizlik kimi qiymətləndirilib

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Milanın (əsl adı Müşkünaz Seyidzadədir - red.) söz və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Avtosfer.az Telegraf.com-a istinadla xəbər verir ki, açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin mundirini kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib. Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinə hörmətsizlik kimi qiymətləndirilib.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
© Avtosfer.az 2014 - 2019
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.