Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək

Yarışma 8 Fevral 2019 23:13 Oxunub 1585
Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komanda son nəticədə “Haas”la tərəfdaşlığı seçib

Fevralın 11-də Formula 1-in “Williams” komandası öz bolidinin yeni livreyasını nümayiş etdirəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, məhz həmin gün Qrouvedə yeni titullu sponsorun da adı elan olunacaq.

Ötən mövsüm “Williams” üçün “Martini” brendi ilə əməkdaşlıqda sonuncu olduğundan komandanın titullu sponsorunun yeri boş qalıb. Daha əvvəl ehtimal var idi ki, komandanın sponsoru “Rich Energy” olacaq. Lakin komanda son nəticədə “Haas”la tərəfdaşlığı seçib.

 

2019-cu ildə Formula 1-də mühüm tarixlər

7 fevral – “Haas”ın yeni livreyası və bolidinin təqdimatı

11 fevral – “Toro Rosso”nun bolidinin təqdimatı, “Williams”ın livreyasının təqdimatı

12 fevral – “Renault”un bolidinin təqdimatı

13 fevral – “Mercedes”, “Red Bull” və “Racing Point”in (ehtimal ki, yalnız livreyanın) təqdimatları

14 fevral – “McLaren” bolidinin təqdimatı

15 fevral – “Ferrari” bolidinin təqdimatı

18 fevral – “Alfa Romeo” bolidinin təqdimatı

18-21 fevral - birinci mövsümqabağı testlər

26 fevral-1 mart – ikinci mövsümqabağı testlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh