Tanınmış teleaparıcı bu sürücüdən şikayət edir - FOTO

Xəbərlər 9 Fevral 2019 15:07 Oxunub 1944
Tanınmış teleaparıcı bu sürücüdən şikayət edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq mühafizə orqanlarından kömək istəyir

Tanınmış teleaparıcı Elçin Əlibəyli yaşadığı binada sürücünün hərəkətlərindən narazılıq edib. O, Avtosfer.az-a bildirib ki, 90 CL 720 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 43 ünvanında insanları narahat edir. Belə ki, sürücü avtomobildə mahnıya səs verərək yüksək səslə oxudur. Telejurnalist deyir ki, ona yaxınlaşıb irad bildirəndə isə kobud şəkildə " yaxşı edirəm, özüm bilərəm" deyir. Hətta insanlarla münaqişə yaradır. 
Qeyd edək ki, avtomobil park edilən ərazi binanın daxili həyətidir. Sürücü orada həm də motosiklet saxlayır. 
E. Əlibəyli hüquq mühafizə orqanlarından bununla bağlı ölçü götürülməsini xahiş edir.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh