Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Avtoxəbər 9 Fevral 2019 15:31 172 dəfə oxunub
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Araşdırma aparılır

Saatlı rayonunda qanunsuz ov edən şəxs saxlanılıb. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh