Əks yola girən avtomobil motosikletlə toqquşdu: 2 avtomobil yanıb - FOTO
Avtosfer Foto 9 Fevral 2019 16:32 428 dəfə oxunub
Əks yola girən avtomobil motosikletlə toqquşdu: 2 avtomobil yanıb - FOTO
Maşınlardan biri tamamilə, digəri isə qismə yanıb

İstanbulun Avcılar rayonunda yolun əks istiqamətinə hərəkət edən avtomobil motosikletlə toqquşub. Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, toqquşmanın şiddətindən motosiklet aşıb və sürüşərək yanmağa başlayıb. Motosikletdən sızan yanacaq yanğını daha da alovlandıraraq 2 avtomobilin yanmasınada səbəb olub. Maşınlardan biri tamamilə, digəri isə qismə yanıb.

Hadisə yerinə yanğınsöndürmə, polis və tibb əməkdaşları çağırılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddət ərzində söndürülüb.

Yerə yıxılan və yüngül xəsarətlər alan motosiklet sürücüsü isə Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşadırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh