Tesla 218 milyon dollara şirkət aldı

Texnologiya 9 Fevral 2019 21:04 Oxunub 1414
Tesla 218 milyon dollara şirkət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Superkondensatorlar müasir litium-ion batareyalardan fərqli olaraq daha az sıxlıqlı enerjiyə sahibdirlər

Tesla şirkəti Amerikanın Maxwell Technologies adlı şirkətini alıb. Bu şirkət vasitəsilə Tesla öz elektromobil modellərində batareyaların ömürlərini uzatmağı və elektromobillərin daha yüksək yol qətt etmələrinə nail olmağı planlaşdırır. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumata əsasən Tesla şirkəti Maxwell Technologies-i 218 milyon dollara alıb.

Avtosfer.az technote.az-a istinadən bildirir ki, sözügedən şirkətin əsas məhsulu yüksək həcmli superkondensatorlardır. Həmin superkondensatorlar müasir litium-ion batareyalardan fərqli olaraq daha az sıxlıqlı enerjiyə sahibdirlər. Lakin buna baxmayaraq onlar enerjini daha sürətli yığır və ötürürlər. Bu isə elektromobillərdə və hibrid avtomobillərdə enerjinin bir hissəsinin geri alınması sistemi üçün lazım olan əsas elementlərdən biridir. Maxwell Technologies həmçinin batareyalar üçün "quru" elektrodlar üzərində də çalışır.

Şirkətin verdiyi məlumata əsasən onun texnologiyaları misilsiz enerji sıxlığını təmin edəcək və enerji yığma elementlərinin ömürlərini uzadacaqlar. Nəticədə elektromobillər bir dəfə şarj olunandan sonra daha çox yol qətt edə biləcəklər və onların batareyaları daha gec sıradan çıxacaq. Bundan əlavə olaraq istehsalat prosesində zəhərli maye həlledicilərdən imtina da ətraf mühitə daha az zərər verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh