Böyük Səhrada naməlum sivilizasiyaya məxsus qədim abidələr tapıldı - FOTO

Maraqlı 9 Fevral 2019 21:36 Oxunub 1720
Böyük Səhrada naməlum sivilizasiyaya məxsus qədim abidələr tapıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi daşların altında insan qalıqları da tapılıb

Müstəqil tədqiqatçı Nik Bruks və arxeoloq Coan Klark Qərbi Səhrada yüzlərlə daş abidə aşkar ediblər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, yaşı bir neçə min il olan abidələrin hansı sivilizasiyaya məxsus olduğu bilinmir. Arxeoloji qazıntılara 2002-ci ildə start verilib. Bundan başqa, alimlər peyk fotolarından da istifadə ediblər. Nəticədə naməlum sivilizasiya tərəfindən ucaldılan yüzlərlə daş abidə tapılıb. Daha böyük abidələr daş xətt və daşlardan ibarətdir. Onlar birlikdə hansısa kompleksi yaradırlar. Bu komplekslərin rituala aid olduğu ehtimal edilir. Məsələn, daş dairələr və düz xətlərdən ibarət daş abidələrin analizi göstərib ki, onların yaşı 1500 ildir. Amma abidənin sırf hansı xalqa məxsus olduğunu aşkar etmək mümkün olmayıb. Kompleksin uzunluğu 630 metrdir. Bəzi daşların altında insan qalıqları da tapılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh