Tükürpədici olay: 5 aylıq hamilə qadın evində... - FOTO

Maraqlı 9 Fevral 2019 23:11 Oxunub 1050
Tükürpədici olay: 5 aylıq hamilə qadın evində... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəzərinizə çatdıraq ki, Antoni Ceniferin sevgilisi olub

Nyu-Yorkda tük ürpərdici qətl hadisəsi baş verib. Cenifer adlı 5 aylıq hamilə qadın evində bıçaqlanaraq öldürülüb.

Nyu-York polislərinin dediyinə görə, Antoni adlı şəxs gecə saat 1 radələrində qadını 3-cü mərtəbədən sürüyərək çıxardarkən təhlükəsizlik kameralarına yaxalanıb.

Hadisə şahidi Ceniferin "Bıçağı var! Uşağı öldürəcək!" deyə qışqırdığını bildirib. 5 aylıq hamilə qadın gövdə, boyun və qarın nahiyələrindən dəfələrlə bıçaqlanıb.

Avtosfer.Az Azmedia.az-a istinadla bildirir ki, yaralanan qadın dərhal mərkəzi xəstəxanaya çatdırılıb, lakin nə qadın, nə də doğulmamış uşaq xilas edilə bilməyib.

Cenifer əvvəllər lyuks evlər satan makler kimi fəaliyyət göstərib. O həmçinin pianino dərsləri də alırmış.

Nəzərinizə çatdıraq ki, Antoni Ceniferin sevgilisi olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh