Bugatti 110 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO
Avtodünya 10 Fevral 2019 11:50 294 dəfə oxunub
Bugatti 110 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO
Avtomobilin maksimal sürəti 420 km/saatdır

Bugatti şirkəti özünün 110 illik yubileyini Chiron modelinin eksklyuziv versiyasının buraxılışı ilə qeyd edəcəkdir. Bugatti Chiron 110 ans Bugatti hiperkarından cəmi 20 ədəd buraxılacaqdır. Bu avtomobillər təkcə fransız markasına deyil, həmçinin markanın vətəni olan Fransaya da itihaf edilir.

«Yubiley» hiperkarları Bugatti Chiron Sport modifikasiyasının əsasında hazırlanacaqdırlar. Chiron 110 ans Bugatti modelinin kuzovunun boyanması üçün iki rəng seçilib: tutqun Steel Blue və Steel Blue Carbon. Sonuncu həm tutqun, həm də parlaq variantı nəzərdə tutur. Bu rənglər Bugatti markasının tarixi modellərini xatırlatmalıdır.

Qara rəngə rənglənmiş təkər disklərinin arasından parlaq göy rəngli əyləc supportları diqqət çəkməlidir. Arxa bamper və diffuzor Steel Blue Carbon rənginin parlaq çalarına boyanır. Yan güzgülərin gövdələrinə və elektronika ilə idarələnən arxa antiqanadın alt hissəsinə Le Blue-Blanc-Rouge rəngləri vurulubdur.

Bundan başqa, adi Chiron modellərindən fərqli olaraq, «yubiley» hiperkarı dördqatlı Sky View panoram damı ilə standart olaraq təchiz ediləcəkdir. Avtomobilin salon tərtibatında Deep Blue rəngli dəri və karbondan istifadə olunur. Qapı və oturacaqlardakı dekor elementləri alkantaradan və Bright French Racing Blue adlanan mavi dəridən hazırlanıb. Bundan başqa, avtomobilin oturacaq və sükanında fransız bayrağını və xüsusi versiyanın emblemlərini görmək olar.  

Chiron 110 ans Bugatti 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Hiperkar 100 km/saat həddini 2,4 saniyəyə toplayır. 300 km/saat həddini toplamağa 13,1 saniyə gərəkdir. Avtomobilin maksimal sürəti 420 km/saatdır. (Autograph)

ŞƏRH YAZ
Ad
E-mail
Şərh