Almaniya sakini lotereyada milyonlar udub
Avtoxəbər 10 Fevral 2019 12:41 150 dəfə oxunub
Almaniya sakini lotereyada milyonlar udub
Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur

lmaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə lotereya şirkəti məlumat yayıb.Qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb. "Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh