Yol polisi yollara yaxın ərazilərdəki məktəblərdə təbliğat aparır - FOTO

Yol polisi 10 Fevral 2019 23:32 Oxunub 4300
Yol polisi yollara yaxın ərazilərdəki məktəblərdə təbliğat aparır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəki DYP təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Şəki Şəhər Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Bu il Şəki Dövlət Yol Polisi maarifləndirmə tədbirlərinə avtomobil yollarının hərəkət hissəsinə çox yaxın, yəni hərəkətin intensivliyi yüksək olan ərazilərdə yerləşən təhsil müəssisələrindən başlayıb. Bu tədbirlər Şəki-Qax avtomobil yolunun hərəkət hissəsinə çox yaxın yerləşən Qoxmuq kənd tam orta məktəbində və Köndələn kənd tam orta məktəbində keçirilib. Tədbirlər zamanı, şagirdlərə Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, piyadanın vəzifələri barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Respublika ərazisində, 2018-ci il ərzində baş verən ümumi yol-nəqliyyat hadisələrinin 47.5%-ni piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin təşkil etməsinin Daxili İşlər Nazirliyində ciddi narahatçılıq doğurduğu qeyd olunub.
DYP zabiti Tural Niftalıyev, tədbirlərdə çıxış edərkən, həmin təhsil müəssisələrinin avtomobil yolunun hərəkət hissəsinə çox yaxın yerləşməsi səbəbindən, bu məktəblərdə təhsil alan şagirdlərin yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalarının vacibliyini xüsusi vurğulayıb.
Piyadaların intizamının artırılmasına dair, maarifləndirmə tədbirlərinin rayonun bütün təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh