Belə qəza görülmədi: Bakıda - REAL VİDEO

Avtosfer TV 11 Fevral 2019 09:29 Oxunub 12572
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videonu izləyənlər hadisə barədə müxtəlif fikirlər səsləndirib

Bakıda baş verən qəzanın görüntüləri izləyənlərin müzakirəsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, Günəşli qəsəbəsində baş verən hadisə elə qəzaya düşən avtomobilin videoqeydiyyatçısı tərəfindən çəkilib. Belə ki, yüksək sürətlə gedən maşın avtomobillərin arasından keçir, qarşı yola çıxır. Hətta bir dəfə "VAZ" markalı maşını da vurur. Lakin yoluna davam edir.

Nəhayət ki, qarşı yola çıxanda əks istiqamətdən gələn avtomobillə üzbəüz toqquşur.
Videonu izləyənlər hadisə barədə müxtəlif fikirlər səsləndirib. Avtomobilin əyləc sisteminin işləməməsi, sürücünün içkili olması da versiyalar arasındadır. Amma ənənəvi "bəlkə xəstəsi var", "tələsir" kimi şərhlər də olub.

Lakin istənilən halda bu cür avtomobil idarə etmək sonda sürücünün həm özünə, həm də qarşı tərəfə ziyanla nəticələnir. Videonu təqdim edirik:

Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh